Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi vətəndaşları qəbul edəcək
    • 28-01-2020, 17:00
    • 1 059

Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 31 yanvar 2020-ci il tarixində Yevlax şəhərində, Nazirliyin Aran Regional Mərkəzinin inzibati binasında saat 11.00-dan Yevlax rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək.

Nazirlikdən News24.az-a verilən məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı 30 yanvar 2020-ci il tarixində Aran Regional Mərkəzinin inzibati binasında saat 09.00-da başlayacaq.

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifov tərəfindən 31 yanvar 2020-ci il tarixində Mingəçevir şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 11.00-dan Mingəçevir şəhəri sakinlərinin və həmin şəhərdə məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 31 yanvar 2020-ci il tarixində Heydər Əliyev Mərkəzinin binasında saat 09.00-da başlayacaq.

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev tərəfindən 31 yanvar 2020-ci il tarixində Ağdaş şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan Ağdaş rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 31 yanvar 2020-ci il tarixində Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.