Səudiyyə Ərəbistanı tarixində İLK – FOTOLAR
    • 27-05-2024, 17:35
    • 277

Səudiyyə Ərəbistanı tarixində İLK – FOTOLAR

Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd bin Salmanın rəhbərliyi altında bir çox qaydalar dəyişib.

News24.az xəbər verir ki, belə ki, Səudiyyə Ərəbistanında çimərlik geyimində modellərin iştirak etdiyi ilk moda nümayişi keçirilib.

Mərakeşli dizayner Yasmina Qanzalın əsərlərinin nümayiş olunduğu hovuz kənarında təşkil edilən moda nümayişində daha çox qırmızı, bej və mavi tonlarda tək parça paltarlar nümayiş olunub.

"Düzdür, bu ölkə çox mühafizəkardır, lakin biz ərəb dünyasını təmsil edən zərif çimərlik geyimlərini nümayiş etdirməyə çalışdıq. Bura gələndə Səudiyyə Ərəbistanında çimərlik geyimi nümayişinin tarixi bir an olduğunu anladıq.”, – Qanzal qeyd edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın rəhbərliyi altında ölkədə bir çox sərt qaydalar və anlayışlar sürətlə dəyişməkdə davam edir. Bunun son nümunəsi isə məhz bu dəfilə oldu.

Mehriban Mirzəzadə