-
- 6-10-2018, 14:36
- 1 616
Tramp Səudiyyə Ərəbistanından xərac istədi
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ölkəsinin ABŞ-dan 30 il öncə var olduğunu və ölkəsinin təhlükəsizliyi qarşılığında Birləşmiş Ştatlara hər hansısa bir xərac ödəməyəcəyini deyib.
Vəliəhd şahzadə Bloomberg televiziyasına verdiyi müsahibədə, ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı ilə bağlı verdiyi açıqlamalara toxunub.
“Səudiyyə Ərəbistanı 1744-cü ildən mövcuddur. Güman edirəm ki, ABŞ-dan 30 il öncə bizim dövlətimiz vardı. Trumpın son açıqlamaları məqsədəuyğun deyil.
Səudiyyə Ərəbistanı təhlükəsizliyi əvəzində hər hansı bir xərac ödəməyəcəkdir. ABŞ-dan aldığımız bütün silahların pulunu ödədik. Bunlar pulsuz verilən silahlar deyil” – Məhəmməd bin Salam belə deyib.