Avtomobil aşdı: Yaralılar var
    • 27-05-2024, 23:50
    • 230

Avtomobil aşdı: Yaralılar var

Yozgatın Yerköy səmtində minik avtomobili mikroavtobusla toqquşub.

News24.az xəbər verir ki, İ.D (31) idarə etdiyi avtomobil O.K.-nun idarə etdiyi mikroavtobusla toqquşaraq aşıb.

Qəzada avtomobilin sürücüsü və eyni vasitədə olan D.D. (27), E.D. (5) və A.D. (5) yaralanıb. 

Qeyd edək ki, yaralılar xəstəxanaya aparılıb.

Günel Məlikzadə