İsrail və Misir əsgərləri arasında qarşıdurma!
    • 27-05-2024, 18:52
    • 132

İsrail və Misir əsgərləri arasında qarşıdurma!

İsraillə Misirin sərhəd bölgəsi olan Rəfahda iki ölkə arasında qarşıdurma yaranıb və münaqişə nəticəsində Misir əsgərləri həyatını itirib.

News24.az xəbər verir ki, bu barədə “Jerusalem Post” məlumat yayıb.

İsrail mediası münaqişəni təsdiqləyib. Hər iki qəzet Misir qanadında olan bəzi əsgərlərin qarşıdurmada öldüyünü və yaralandığını yazıb. 

"Bir neçə saat əvvəl Misir sərhədində silahlı hücum olub. Misir qanadı ilə araşdırma və danışıqlar davam edir",- deyə İsrail ordusu rəsmi X hesabındakı paylaşım edib.

Mehriban Mirzəzadə