Dəhşətli qəza: Ölən və yaralananlar var
    • 28-05-2024, 11:28
    • 194

Dəhşətli qəza: Ölən və yaralananlar var

Türkiyədə Seyfi Can Önalın idarə etdiyi xarici nömrəli avtomobil naməlum səbəbdən qarşı tərəfdən gələn Mehmet Emin D.-nin idarə etdiyi yük maşını ilə toqquşub.

News24.az xəbər verir ki, qəzada onunla birlikdə olan sürücü Seyfi Can Önal, Faruk Önal, Nisa Önal, Abide Önal və  Nino Bıbınıdze yaralanıb.

Qeyd edək ki, Faruk Önal və Nino Bıbınıdzenin həyatını itirib.

Digər 3 yaralı isə xəstəxanaya aparılıb.

Həyatını itirən iki nəfərin cəsədi müayinədən sonra yarılma üçün meyitxanaya aparılarkən, TIR sürücüsünün saxlanıldığı qəza ilə bağlı istintaq davam edir.

Günel Məlikzadə