-
- 28-05-2024, 12:07
- 190
Bu ölkənin Baş naziri istefa verdi
Argentinanın daxili işlər naziri Gilyermo Frankos istefa verən Nikolas Posseni əvəzləyəcək yeni baş nazir olacaq.
News24.az xəbər verir ki, bu barədə ölkə prezidentinin aparatının mətbuat xidməti məlumat yayıb.
“Prezident Departamenti bildirir ki, Nikolas Posse baş nazir vəzifəsindən istefa ərizəsini təqdim edib. Gilyermo Frankos Nazirlər Kabinetinin rəhbəri vəzifəsini icra edəcək”, - deyə məlumatda bildirilir.
Mətnə görə, Daxili İşlər Nazirliyi nazirlik statusunu itirəcək və Frankosun rəhbərliyi altında katibliyə çevriləcək.
Mehriban Mirzəzadə