Termometrlər 50 dərəcəni keçdi
    • 28-05-2024, 16:08
    • 615

Termometrlər 50 dərəcəni keçdi

Termometrlər 50 dərəcəni keçib. İsti havada nəfəs almaq belə çətinləşib.

News24.az xəbər verir ki, Pakistanın cənubu isti dalğası ilə mübarizə aparır. Sind əyalətinin Mohenco-Daro bölgəsində havanın temperaturu 52,2 dərəcə olaraq ölçülüb.

Ştatdakı Sukkur şəhəri də isti havalardan təsirlənən yerlər sırasındadır. Şəhər sakinləri Hind çayında çimərək sərinləməyə çalışıblar.

İstilik vurmasından şikayətlə xəstəxanaya müraciət edənlərin sayında rekord artım qeydə alınıb.

Həkimlər əhaliyə zərurət olmadıqca çölə çıxmamaq və bol maye içmək barədə xəbərdarlıq ediblər.

Könüllülər şəhər küçələrində insanlara buzlu su təklif ediblər. İstilər ən çox küçədə işləməli olanlara təsir edir.

Mütəxəssislər Asiya ölkələrində isti dalğalarının tezliyinin artmasını qlobal istiləşmə ilə əlaqələndirirlər.

Qeyd edək ki, Pakistanda buzların əriməsi və güclənən musson yağışları səbəbindən daşqınlarda artım müşahidə olunur. 2022-ci ildə baş verən sel fəlakətində ölkənin üçdə biri su altında qalıb.

Günel Məlikzadə