Zelenskidən sülhlə bağlı açıqlama - Müharibə bu tarixdə bitəcək
    • 8-12-2022, 09:36
    • 204

Zelenskidən sülhlə bağlı açıqlama - Müharibə bu tarixdə bitəcək

2023-cü ildə Ukraynada müharibə bitəcək və sülh dövrü başlayacaq.

News24.az xəbər verir ki, bu barədə "Politico" Ukrayna prezidenti Vladimir Zelenskiyə istinadən yazıb. 

"Ukraynalılar gələn il də ən nüfuzlu insanlar olacaqlar, lakin artıq sülh dövründə" deyə Zelenski deyib.

Ukrayna prezidenti həmçinin milyonlarla insana dəstək olan Ukraynanın Avropadakı bütün dostlarına təşəkkür edib.

Jurnalistlər Vladimir Zelenski ilə söhbət zamanı onun nəşr tərəfindən Avropanın ən nüfuzlu siyasətçisi kimi tanındığını qeyd ediblər.

Teymur Məmmədov