AB İrəvanla hərbi təlimlər keçirmək niyyətində deyil" - Stano
    • 11-12-2023, 10:47
    • 125

AB İrəvanla hərbi təlimlər keçirmək niyyətində deyil" - Stano

AB İrəvanla hərbi təlimlər keçirmək, erməni hərbçilərə isə təlim keçmək niyyətində deyil.

News24.az  xəbər verir ki, bu barədə AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stano bildirib.

“AB Ermənistanla birgə hərbi təlimlər keçirmək imkanını nəzərdən keçirmir. Bu, hərbi ittifaq deyil, siyasi və iqtisadi birlikdir”.

Stano bildirib ki, AB Ermənistan ordusunun hərbi personalına AB-yə üzv dövlətlərin ərazisində də təlim keçməyi planlaşdırmır:“Ermənistan ordusuna Avropa Sülh Fondu vasitəsilə “qeyri-öldürücü formatda” dəstək verilməsi imkanlarını öyrənirik, lakin hələlik konkret qərarlar yoxdur”.

Ayşən