Rusiyada ticarət mərkəzində azərbaycanlılar arasında dava olub
    • 29-05-2024, 08:19
    • 159

Rusiyada ticarət mərkəzində azərbaycanlılar arasında dava olub


Rusiyanın Ufa şəhərində, “Merkuri” ticarət mərkəzində miqrantlar arasında kütləvi dava düşüb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya "Telegram" kanalları məlumat yayıb.

Kadrlarda ticarət mərkəzinin çıxışı yaxınlığında on nəfərə yaxın kişinin dava-dalaşı və qışqırması əks olunub.

Bildirilib ki, dava azərbaycanlıllar arasında baş verib. Hadisənin səbəbi məlum deyil.