"Araz-Naxçıvan"dan Elmar Baxşıyevlə bağlı qərar - Rəsmi
    • 29-05-2024, 11:23
    • 225

"Araz-Naxçıvan"dan Elmar Baxşıyevlə bağlı qərar - Rəsmi

“Araz-Naxçıvan” baş məşqçisi Elmar Baxşıyevlə yeni müqavilə imzalayıb.

News24.az qol.az-a istinadla xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Anlaşmanın müddəti 1 ildir. Mütəxəssis 2024/25-ci il mövsümündə “qırmızı-ağlar”ı çalışdıracaq. “Araz-Naxçıvan”ın yeni mövsümlə bağlı hazırlıq planı, eləcə də transfer çalışmaları barədə ətraflı məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, başa çatan mövsümün son 7 oyununda “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev olub. Komanda mövsümü 36 xalla 8-ci pillədə başa vurub.