“Qəbələ” Elmar Baxşıyevlə müqaviləni yenilədi
    • 12-06-2023, 21:42
    • 256

“Qəbələ” Elmar Baxşıyevlə müqaviləni yenilədi

“Qəbələ” klubu baş məşqçisi Elmar Baxşıyev və köməkçiləri ilə müqavilənin müddətini uzadıb.

"Qırmızı-qaralar"dan News24.az-a verilən məlumata görə, 43 yaşlı mütəxəssis, həmçinin köməkçilər Xaqani Məmmədov və Rasim Ramaldanov, qapıçı məşqçisi Vüqar Məmmədovla yeni anlaşma daha iki il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, Baxşıyev 2019-cu ilin sentyabrından “Qəbələ”nin sükanı arxasındadır. O, başa çatan mövsümdə komanda ilə Azərbaycan Kubokunun qalibi olub.