Çin və Kambocadan birgə hərbi təlim
    • 29-05-2024, 13:51
    • 195

Çin və Kambocadan birgə hərbi təlim

Çin Kamboca ilə birgə hərbi təlim keçirib.

News24.az xəbər verir ki, təlimdə üzərinə qoyulmuş tüfənglə irəli-geri hərəkət edən, tullanan və atəş açan Çinin yeni robot iti təqdim edilib.

Çin istehsalı olan robot itlər “Qızıl Əjdaha 2024” adlı məşqdə öz izlərini qoyublar.

Əsgərlərlə birlikdə əməliyyatda iştirak edən it formasındakı robotlar əməliyyat ssenarilərində ön sıralarda olub.

Qeyd edək ki, çəkisi 15 kiloqram olan robot 4 ölçülü geniş bucaqlı qavrayış sisteminə malikdir.

Eyni zamanda, çəkisi 50 kiloqram olan daha bir robot iti üzərinə yerləşdirilmiş tüfənglə uzaqdan idarə etmək olar. Hədəf alıb və onu vuran Robotubun batareyası 4 saat işləyir.

İctimaiyyətdə Çinin Tayvana mümkün işğalında robot itlərdən istifadə edə biləcəyini düşünənlər var.

Çin və ABŞ illərdir robototexnika və süni intellektlə işləyən texnologiyaya hakim olmaq üçün yarışır.

Gələcəkdə mümkün müharibələrdə robotların ön cəbhədə vuruşacağına inanılır.

Günel Məlikzadə