Çin robot bələdçi it hazırladı
    • 28-03-2024, 18:56
    • 250

Çin robot bələdçi it hazırladı

Son illərdə texnologiya əhəmiyyətli dərəcədə inkişaf edir. Bu, süni intellekt sahəsində də irəliləyişlər gətirib. Həyatımızın hər yerində aktiv şəkildə istifadə edilən süni intellekt xüsusilə sağlamlıq sahəsində böyük töhfələr verir.

News24.az xəbər verir ki, indi gözdən əlillərin köməyinə süni intellekt gəlir. Çin robot bələdçi it yaradıb.

Çinin Şaansi əyalətinin Sian şəhərindəki Şimal-Qərb Politexnik Universitetinin tədqiqatçıları ölkədə 17 milyondan çox görmə qüsurlu insanın olduğuna cavab olaraq süni intellektə dəstəklənən robot bələdçi it hazırlayıblar.

Hələ inkişafının ilk mərhələsində olan bu robot it görmə qabiliyyəti zəif olan insanların həyatını xeyli asanlaşdıracaq. O qədər ki, ötürülən məlumata görə, o, insanların göstərişlərini başa düşə, söhbət edə və hətta küçələr, qapalı məkanlar kimi müxtəlif mühitlərdə insanlara yol göstərə bilir.

Günel Məlikzadə