-
- 29-05-2024, 14:50
- 387
Bu ailələrə 500 manat verilə bilər - AÇIQLAMA
Azərbaycanda tətbiq edilən birdəfəlik müavinətlərdən biri də dəfnə görə ödənişin həyata keçirilməsidir. Mövcud qanunvericiliyə əsasən dəfnə görə müavinət işsizlikdən sığorta olunan və əmək pensiyaçısı olan şəxs dünyasını dəyişən zaman ödənilir. Bu zaman sığorta olunanlar üçün onların ailələrinə ödənilən vəsait 500 manat, əmək pensiyaçısının ailəsinə ödənən müavinət minimum əmək pensiyaçısının 3 misli həcmində - 840 manat olur.
News24.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, mövcud qaydalar göstərir ki, dəfn müavinətindən bütün ailələr istifadə edə bilmir:
“Dəfnə görə ailənin yaranan xərcininin bir hissəsinin dövlət tərəfindən qarşılanması vacibdir. Ona görə də, təklif edirik ki, dünyasını dəyişən bütün vətəndaşların ailələrinə müavinət ödənilsin. Həmin şəxsin sığortalanan və əmək pensiyaçısı olub-olmaması nəzərə alınmadan onun ailəsinə dəfn pulu ödənilsin. Çünki bir sıra hallarda ailənin maddi durumu zəif olur və ailə dəfn xərclərini ödəməkdə çətinlik çəkir. Bu isə dəfnə görə xərclərin bir hissəsinin dövlət tərəfindən ödənilməsinə kömək edə bilər”.
“Buna görə də, sözügedən müavinətin miqyasının genişləndirilməsini və dünyasını dəyişən üzvü olan ailələrə həmin şəxsin sığortalı olmasından asılı olmayaraq müavinətin ödənilməsini təklif edirik”, - deyə millət vəkili əlavə edib.