Xavi Barselonanı tərk edir
    • 29-05-2024, 23:50
    • 197

Xavi Barselonanı tərk edir

"Barselona" baş məşqçisi Xavi Hernandeslə yollarını rəsmən ayırıb. Xavi və komandasına təşəkkür edilərkən, "Barselona"nın yeni baş məşqçisi də bəlli olub.

News24.az xəbər verir ki, Kataloniya nəhəngi Hansi Fliki baş məşqçi təyin edib. Alman məşqçi ilə 2 illik müqavilə imzalandığı bildirilib.

Qeyd edək ki, sonuncu dəfə Almaniya Milli Komandasını çalışdıran Hansi Flik 2019-20 mövsümündə “Bavariya” ilə Çempionlar Liqası çempionu olub.

Günel Məlikzadə