Xavi Ronaldinyonun oğlu ilə bağlı QƏRAR VERDİ
    • 24-03-2024, 11:55
    • 237

Xavi Ronaldinyonun oğlu ilə bağlı QƏRAR VERDİ


“Barselona”nın baş məşqçisi Xavi Ronaldinyonun oğlu Joao Mendesi əsas heyətlə məşqlərə cəlb edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

İspaniya çempionatında fasilə zamanı Xavi gənclərdən ibarət komandaların bir neçə futbolçusunu, o cümlədən Joao Mendeşi dəvət edib. Ronaldinyonun oğlu əsas komandanın məşqində iştirak edib.

19 yaşlı yarımmüdafiəçi 2023-cü ilin martından Kataloniya klubunun sistemindədir. O, sağ cinah müdafiəçisi və mərkəz hücumçusu kimi oynayır.

Joao Mendes karyerasına 2018-ci ildə başlayıb. 14 yaşında ilk peşəkar müqaviləsini imzalayıb. Braziliyalı futbolçu “Kruzeyro” ilə 2022-ci il mövsümünün sonuna qədər müqavilə bağlayıb, bundan sonra “Barselona”ya keçib.