Rusiya üçün dollar QƏRARI
    • 29-05-2024, 18:22
    • 381

Rusiya üçün dollar QƏRARI

Avstriyada yerləşən Raiffeisenbank Rusiyadan dollarla pul köçürmələrini dayandıracağını açıqlayıb.

News24.az xəbər verir ki, Raiffeisenbank-ın Rusiyadakı baş ofisindən verilən yazılı açıqlamada dollarla pul köçürən müxbir bankların tələblərini dəyişdirdikləri bildirilib.

Qeyd edək ki, Raiffeisenbank-ın sözügedən dəyişikliklərə müdaxilə edə bilməyəcəyi və bu səbəbdən iyunun 10-dan etibarən Rusiyadan dollarla pul köçürmə əməliyyatlarının dayandırılacağı bildirilib.

Bəyanatda Rusiyaya və digər valyutalara köçürmələrdə heç bir məhdudiyyətin olmayacağına dair məlumatlar da yer alıb.

Eyni zamanda beynəlxalq mətbuatda yer alan xəbərlərdə, Qərb ölkələrinin Rusiyada fəaliyyət göstərən Avropanın ən böyük banklarından biri olan Raiffeisenbank-a bu ölkədəki fəaliyyətini məhdudlaşdırmaq üçün təzyiqlər etdiyi iddia edilib.

Günel Məlikzadə