-
- 30-05-2024, 09:03
- 363
Silahlı hücum: Ölənlər var
Nigeriyanın Kaduna əyalətində bazara silahlı hücum edilib.
News24.az xəbər verir ki, Kajuru Regional sədri Cafra Caino silahlı dəstə üzvlərinin Maro bazarına hücum etdiyini bildirib.
Caino hücumda 12 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını qeyd edib.
Yaralıların xəstəxanaya aparıldığını bildirən Caino, hadisə ilə bağlı istintaq başladıldığını bildirib.
Qeyd edək ki, Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşib.
Onu da bildirək ki, yanvar ayından bəri Kaduna əyalətində həyata keçirilən hücumlarda onlarla insan həyatını itirib, 300-dən çox insan isə qaçırılıb.
Günel Məlikzadə