"Ailəm "Milan" azarkeşidir" - Mbappe
    • 30-05-2024, 10:06
    • 153

"Ailəm "Milan" azarkeşidir" - Mbappe


Fransa millisinin 25 yaşlı hücumçusu Kilian Mbappe karyerasını İtaliyada davam etdirəcəyi təqdirdə yalnız "Milan"ı seçəcək.

News24.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə futbolçu özü açıqlayıb.

"Mən həmişə demişəm ki, bir gün İtaliyaya köçsəm, ancaq "Milan"da oynayacağam. Uşaqlıqda "Milan"ın böyük azarkeşi olmuşam. İndi də onların bütün oyunlarına baxıram. Mənim ailəm "Milan"ın azarkeşidir", - deyə o bildirib. 

Qeyd edək ki, Mbappe iyunun 30-da azad agent kimi PSJ-dən ayrılacaq. Onun Real Madridlə 5 illik müqavilə imzalayacağı gözlənilir.