Rekord isti: Ölən var
    • 30-05-2024, 12:28
    • 277

Rekord isti: Ölən var

Yüksək temperatur Hindistanda həyata mənfi təsir göstərir.

News24.az xəbər verir ki, çərşənbə günü paytaxt Yeni Dehlidə temperaturun rekord həddə - 52,9 dərəcəyə çatması nəticəsində bir nəfər ölüb.

Hindistan mətbuatında yer alan xəbərdə 40 yaşındakı bir işçinin isti vurması nəticəsində öldüyü bildirilib.

Dehli Qubernatorluğundan verilən açıqlamada, tikinti sahələrində su və kölgəli ərazilərin təmin edilməsi, yerli vaxtla saat 15.00-a qədər ödənişli məzuniyyət verilməsi ilə işçilərin qorunması üçün tədbirlər görülməsi tapşırıldığı bildirilib.

Qeyd edək ki, Hindistan Meteorologiya İdarəsi bu gün Dehlidə temperaturun 36 dərəcə, hiss olunan temperaturun isə 37,8 dərəcə olduğunu bildirib.

Günel Məlikzadə