Hande Erçelin məktəb fotosu
    • 30-05-2024, 22:30
    • 238

Hande Erçelin məktəb fotosu

Bu il mayın 14-25-də keçirilən Kann Film Festivalına qatılan türk aktyorlar arasında olan Hande Erçel üslubu ilə tam qiymət alıb.

News24.az xəbər verir ki, həm aktyorluğu, həm də şəxsi həyatı ilə daim gündəmdə olan Hande Erçel ötən aylarda universitetə qayıdıb.

Təhsilini başa vurmaq üçün Memar Sinan Universitetinin Gözəl Sənətlər Fakültəsinə yazılan Erçel oxuduğu məktəbdən yeni fotosunu paylaşıb.

Hande Erçel paylaşımına "Sevgili məktəbim... Mimar Sinan Universiteti Gözəl Sənətlər Fakültəsi" şərhini yazıb.

Digər tərəfdən Hande Erçel qeydiyyatı başa vurduqdan sonra rektor Handan İnci ilə görüşüb.

Handan İnci Erçellə fotolarını paylaşaraq, "Hörmətli Hande Erçel, Gözəl Sənətlər Fakültəsinin tələbəmiz. O, çox rəğbətlidir, çox istiqanlıdır, çalışqandır və istedadlıdır. Ən əsası da bunun nə olduğunu yaxşı bilir”.

Qeyd edək ki, məşhur aktyor son aylarda tələbə bileti ilə çəkdirdiyi pozanı izləyiciləri ilə bölüşüb.

Günel Məlikzadə