İlqar Mirzəyevin oğlu ilə arxiv FOTOsu
    • 30-05-2024, 17:19
    • 343

İlqar Mirzəyevin oğlu ilə arxiv FOTOsu

Milli Qəhrəman İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev atası ilə arxiv fotosunu paylaşıb.

News24.az olay-a istinadən bildirir ki, görüntülərdə o, məclislərin birində, atasının qucağında poza verib.

Qeyd edək ki, 2020-ci il iyulun 12-16-da baş verən döyüşlər zamanı Artilleriya Komandiri olan İlqar Mirzəyev, iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində 3-cü Ordu Korpusunun Komandir müavini general-mayor Polad Həşimov və tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olub.

İlqar Mirzəyev Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli 2337 nömrəli Sərəncamına əsasən ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.