Fəxri adlara görə nə qədər təqaüd verilir? – Məbləğ
    • 30-05-2024, 18:22
    • 151

Fəxri adlara görə nə qədər təqaüd verilir? – Məbləğ

Azərbaycanda 4 888 nəfər fəxri ada görə təqaüd alır.

News24.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən Oxu.Az-a bildirilib.

Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən, ilin əvvəlinə görə, “Xalq” fəxri adına görə 263 nəfər 200 manat təqaüd alır.

“Əməkdar” fəxri adına görə isə ölkədə 4 625 nəfər 150 manat təqaüd alır.

Müqayisə üçün qeyd edək ki, ötən il 4 843 nəfər (265 nəfər “Xalq”, 4 578 nəfər “Əməkdar”) fəxri adlara görə təqaüd kəsilib. Müvafiq olaraq təqaüdlər 150 və 100 manat olub.