Lavrov Kiyevin danışıqlara hazır olması xəbərinə REAKSİYA VERDİ
    • Bu gün, 13:01
    • 112

Lavrov Kiyevin danışıqlara hazır olması xəbərinə REAKSİYA VERDİ

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiyevin Moskva ilə danışıqlara hazır olduğunu bildirməsinə cavab verib.

News24.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Lavrov, Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Rusiya ilə danışıqlara hazır olduqlarını ifadə edən sözlərini şübhə altına alıb. Nazir qeyd edib ki, Kiyev nümayəndələri bir-birinə zidd fikirlər səsləndirir: "Yaxın vaxtlarda onlar danışıqlardan bəhs edirdilər. Zelenski isə sonda Rusiya nümayəndələri ilə oturmağa hazır olduğunu bildirmişdi. Açığı, mən onları ciddi qəbul etmirəm".