Tort üzərində yandırılan fişənglər təhlükəli imiş - Ekspertdən SOS
    • 30-05-2024, 18:35
    • 179

Tort üzərində yandırılan fişənglər təhlükəli imiş - Ekspertdən SOS

Tort üzərində istifadə üçün nəzərdə tutulan fişənglər olduqca təhlükəlidir.

News24.az bildirir ki, bunu Musavat.com-a qida mütəxəssis Yusif Həkim bildirib.

Onun sözlərinə görə, fişəngdən çıxan dumandan xırda metal hissəciklər çıxır ki, onlar tortun üzərinə töküldüyü zaman insanlar tortla bərabər ağır metalları, kimyəvi və zərərli maddələri istehlak etmiş olurlar:

"Rəngli fişənglər istehsal edilən zaman barium (yaşıl) və stronsium (qırmızı) kimi kimyəvi maddələrdən istifadə edilir. Bu maddələr də torta töküldüyü zaman istehlakçıların, xüsusən də uşaqların sağlamlığı üçün təhlükə yaradır".