16 yaşlı qız dayısını öldürdü
    • 31-05-2024, 11:36
    • 458

16 yaşlı qız dayısını öldürdü

Türkiyədə yeniyetmə qız dayısını öldürüb.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Ərzurum şəhərində baş verib. Ərzincandan Ərzuruma nənəsigilə gələn 16 yaşlı İ.A. ilə dayısı Murat T. arasında münaqişə yaşanıb. Bu zaman qız onu vuran dayısına bıçaqla bir neçə zərbə endirib.

Daha sonra o, digər dayısı ilə Murat T.-ni sürüyərək evdən çıxarıblar.

Polisin keçirdiyi əməliyyat nəticəsində 16 yaşlı İ.A qəsdən adam öldürmə cinayətinə görə saxlanılıb. Məlum olub ki, o, 20-dən çox digər cinayətlərə görə axtarışda olub.