Əziz Yıldırımdan Mourinyo açıqlaması
    • 31-05-2024, 14:49
    • 167

Əziz Yıldırımdan Mourinyo açıqlaması

"Fənərbağça"nın prezidentliyə namizədi Əziz Yıldırım seçki vədi olan hazırkı rəhbərliyin Joze Mourinyo ilə razılaşmasının onu narahat etmədiyini bildirib.

News24.az xəbər verir ki, Yıldırım razılığın ondan soruşularaq edildiyini bildirib.

Yıldırım, "Deyəsən, rəhbərlik Mourinyo ilə razılaşıb. O tərəf məndən soruşub, imzalayın demişəm. Qazansaq, birlikdə çalışacağıq, problem yoxdur" deyib.

Onu da qeyd edək ki, Yıldırımın siyahısında olan Mahmut Uslu “Seçilmədən məşqçi gətirən adam - Əziz Yıldırım” deyib.

Günel Məlikzadə