Mourinyo Türkiyə klublarının təkliflərini təsdiqlədi
    • 28-05-2024, 17:48
    • 210

Mourinyo Türkiyə klublarının təkliflərini təsdiqlədi

Joze Mourinyo Türkiyədən aldığı təkliflərlə bağlı ilk dəfə açıqlama verib. Rumıniyanın Antena 3 CNN kanalına danışan Mourinyo Türkiyədən təklif aldığını təsdiqləyib və qərarını nə vaxt verəcəyini açıqlayıb.

News24.az xəbər verir ki, onunla təkcə türk klublarının maraqlanmadığını bildirən Mourinyo, "Qərar verməliyəm" deyib. 

Mourinyonun açıqlamaları belədir:

“İndiyə qədər mən sadəcə insanları dinləmişəm və hamı ilə danışmışam, çünki bu, hörmət məsələsidir”.

"Türkiyə klubları, Avropa və Səudiyyə Ərəbistanı... Hər şeyi masaya qoymalıyam. Qarşıdakı iki həftə ərzində qərar verəcəm".

Günel Məlikzadə