Nolandan yeni film
    • 31-05-2024, 22:30
    • 166

Nolandan yeni film

Məşhur britaniyalı rejissor Kristofer Nolanın növbəti layihəsi haqqında ilk məlumat gəlib.

News24.az xəbər verir ki, onun həyat yoldaşı və uzun müddət əməkdaşlıq etdiyi Emma Tomas Kristofer Nolanın artıq növbəti layihəsinə hazırlaşdığını təsdiqləyib.

Nolanın yeni layihəsi keçən il Oppenheimer ilə böyük uğur qazandıqdan sonra gəlir.

Xatırladaq ki, film 2024-cü il Oskarlarında Ən Yaxşı Film də daxil olmaqla 7 mükafat qazanaraq gecəyə damğasını vurub.

Oskarlı rejissorun 12 tammetrajlı filminin prodüseri olan Tomas müsahibəsində çox detal vermədən ərinin yeni filmi haqqında məlumat verib.

Bunun çox həyəcanlı olduğunu ifadə edən Tomas, "İmkanların sonsuz olduğu bir andayıq, detallar və ya başqa bir şey haqqında hələ düşünməyə başlamamışıq" deib.

Qeyd edək ki, “İdeyaların hər yerdən gəldiyini” ifadə edən Nolan komiksləri və romanları uyğunlaşdırdığını, orijinal ssenarilər yazdığını və hər şeyə açıq olduğunu bildirib.

Günel Məlikzadə