-
- 31-05-2024, 20:22
- 292
Körpələrə 4 aylıqdan etibarən bu qida verilməlidir
İngiltərədə aparılan araşdırmaya görə, körpəlik dövründə, yəni 4 aylıqdan etibarən fıstıq məhsullarına məruz qalan uşaqların sonrakı yaşlarda fıstıqlara qarşı allergiyası daha az olur.
News24.az medicina.az-a istinadən xəbər verir ki, bunu London Kral Kollecinin tədqiqatçıları 12 yaşa qədər 500-dən çox uşağı müşahidə edərkən müəyyən ediblər. Məlum olub ki, 5 yaşına qədər fıstıq yağı və ya püresi ilə qidalanan uşaqlarda fıstıq allergiyası riski 71% azalır.
Son araşdırmalar fıstıqdan uzaq saxlanılan uşaqların 15,4% -də 12 yaşına qədər allergiya inkişaf etdiyini, fıstıqlara məruz qalanların isə yalnız 4,4% -də allergiya müşahidə olunduğunu göstərib.
Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun (NIAID) direktoru Cen Marrazzo bunları söyləyib:
"Bugünkü tapıntılardan sonra valideynlər əmin olmalıdırlar ki, müəyyən edilmiş qaydalara uyğun olaraq, körpəlikdən etibarən övladlarına fıstıq məhsulları yedizdirmək fıstıq allergiyasına qarşı davamlı qorunma təmin edə bilər".
London Kral Kollecinin uşaq allergiyası üzrə aparıcı tədqiqatçısı və professoru Gideon Lek "CNN"ə açıqlamasında nəticələrdən təəccüblənmədiyini söyləyib.
"Fıstık allergiyası əksər uşaqlarda çox erkən, 6-12 ay arasında inkişaf edir. Əgər xəstəliyin qarşısını almaq istəyirsinizsə, xəstəlik inkişaf etməmişdən əvvəl bunu etmək lazımdır. Bu bioloji fenomen oral tolerantlıq induksiyası kimi tanınan immunoloji prinsipə əsaslanır. Biz onilliklərdir ki, yumurta, süd və ya fıstıq kimi qidalarla qidalanan körpə siçanların və ya digər eksperimental heyvanların sonradan bu allergiyaları inkişaf etdirə bilməyəcəyini bilirik".
Təlimatlarda deyilir ki, fıstıq yağını çörəyin üzərinə sürtüb uşağa vermək olar. Daha erkən dövrdə isə ana südü, hazır qida və ya püre ilə ilə qarışdırılmalıdır.
Səhiyyə rəsmiləri bütöv və ya doğranmış fıstığın boğulma təhlükəsi yarada biləcəyi barədə xəbərdarlıq edirlər.