-
- 31-05-2024, 22:50
- 238
Niyə yaş saçla yatmaq zərərlidir?
Gecə yatarkən saçınızı qurutmaq üçün çox tənbəl ola və yaş saçla yatmağa üstünlük verə bilərsiniz.
News24.az xəbər verir ki, yaş saçla yatmağın çox zərərləri var.
1. Saçınızı qurutmadan uzandığınız zaman saçlarınızın olduğundan daha qabarıq olduğunu görə bilərsiniz. Öz-özünə quruyan saçlarınız dolaşıq və qıvrımlı olacaq.
2. Xüsusilə nazik və həssas saçlı insanlar üçün yaş saçla yatmaq məsləhət görülmür. Həcm almaqda çətinlik çəkən bu tip saçlar yaş saçla yatdıqdan sonra daha da həcmsizləşir.
geyim trendləri) birdən çox
3. Baş ağrısı ilə oyana bilərsiniz. Mütəxəssislərin fikrincə, rütubət bədən hərarətini aşağı sala və bədən özünü tarazlamağa çalışarkən baş ağrılarına səbəb ola bilər.
4. Yaş saçla yatdığınız günlərdə səhərlər dağınıq saçlarla oyana bilərsiniz.
5. Yaş saçla yatmaq baş dərinizin qıcıqlanmasına və qaşınmasına səbəb ola bilər. Yaş saçlar da bakteriyaların çoxalmasına yol açır.
6. Yaş saçla yatdığınız üçün yastığınız da islanacaq. Üzünüzün yastığınızdakı bakteriyalara məruz qalması dəri quruluğu, sızanaq və qıcıqlanma problemlərinə səbəb olur.
7. Yaş saçla yatmaq, səhər yuxudan duranda saçlarınızın qırılmasına, cansız və yapışqan görünməsinə səbəb olacaq.
Günel Məlikzadə