Ərdoğan Orban ilə görüşdü
    • 31-05-2024, 22:40
    • 187

Ərdoğan Orban ilə görüşdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orban ilə telefon danışığı aparıb.

News24.az xəbər verir ki, bu baradə Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən məlumata verilib.

Qeyd edək ki, görüşdə Türkiyə-Macarıstan əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan Macarıstana Avropa Birliyinə sədrlik müddətində uğurlar arzulayaraq, Türkiyənin Avropa Birliyinə üzvlük prosesinin canlanmasında Macarıstanın dəstəyinin vacib olduğunu bildirib.

Eyni zamanda, Ərdoğan Viktor Orbanı ad günü münasibətilə təbrik edib.

Günel Məlikzadə