Super Liqada yüksələn son komanda
    • 31-05-2024, 23:59
    • 296

Super Liqada yüksələn son komanda

“Bodrumspor” Super Liqaya yüksələn son komanda olub.

News24.az xəbər verir ki, Trendyol 1-ci Liqanın pley-off finalında normal vaxtda 1-1 bitən və əlavə vaxta gedən matçda "Sakaryaspor"u 3-1 məğlub edən Bodrum FK Super Liqaya yüksələn üçüncü komanda olub.

Bodrum FK-nın qollarını Gökdeniz Bayrakdar, Celutska və Tunahan vurub. 

Qeyd edək ki, "Sakaryaspor"un heyətində Dimitrov fərqlənib.

Onu da bildirək ki, bundan əvvəl “Eyüpspor” və “Göztəpə” Superliqaya yüksəlib.

Günel Məlikzadə