"Qalatasaray" bu mövsüm ilk dəfə uduzdu
    • 20-05-2024, 10:18
    • 369

"Qalatasaray" bu mövsüm ilk dəfə uduzdu

Trendyol Super Liqasının 37-ci həftəsində "RAMS Park"da "Fənərbaxça" ilə qarşılaşan "Qalatasaray" sarı-göylülərə 1-0 hesabı ilə məğlub olub.

News24.az xəbər verir ki, bu qarşılaşma ilə sarı-qırmızılıların liqada evdəki məğlubiyyətsizlik seriyasına son qoyulub və 35 matçdan sonra məğlub olublar.

Aslan bu mövsüm ilk dəfə Super Liqada öz meydanında xal itirib.

Qeyd edək ki, Cimbom 2023-2024 mövsümünü evdə 18 qələbə və 1 məğlubiyyətlə başa vurub.

Günel Məlikzadə