İpsviç Taun-nın Premyer Liqa həsrəti başa çatdı
    • 6-05-2024, 16:50
    • 259

İpsviç Taun-nın Premyer Liqa həsrəti başa çatdı

İngiltərə futbol komandalarından biri olan İpsviç Taun, 22 illik birinci liqa həsrətinə son qoyaraq, Leicester City-dən sonra Premyer Liqaya yüksələn ikinci komanda olub.

News24.az xəbər verir ki, İpsviç Taun Çempionşipin son həftəsində qonaq olduğu "Haddersfild Taun"u 2:0 hesabı ilə məğlub edərək liqanı 2-ci yerdə başa vuraraq lider "Lester Siti"dən sonra Premyer Liqaya yüksəlib.

İpsviç Taun 2012-ci ildə Sauthemptonun uğurundan sonra iki mövsüm ərzində 3-cü Diviziondan Premyer Liqaya yüksələn ilk komanda olun. Ötən mövsüm üçüncü 3-cü liqadan Çempionşipə yüksələn İpsviç bu mövsüm də Premyer Liqaya yüksəlib.

2002-ci ildə Premyer Liqadan düşdükdən sonra 17 il Çempionşipdə mübarizə aparan İpsviç 2018-19 mövsümünün sonunda 62 ildən sonra ilk dəfə 3-cü Liqaya düşüb.

Ötən il yenidən Çempionşipa yüksələn İpsviç bu mövsüm də Premyer Liqaya yüksəlməyi bacarıb.

Günel Məlikzadə