Şamaxıda it 36 yaşlı kişinin QULAĞINI DİŞLƏDİ
    • 1-06-2024, 09:07
    • 154

Şamaxıda it 36 yaşlı kişinin QULAĞINI DİŞLƏDİ


Şamaxı sakinini it dişləyib.

News24.az Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Quşçu kəndində qeydə alınıb.

Hadisə nəticəsində kənd sakini 1988-ci il təvəllüdlü Qəniyev Balayara it hücum edərək qulağı və baş nahiyəsindən xəsarət yetirib.

Rayon mərkəzi xəstəxanasına aparılan şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.