Fənərbaxça-dan Mourinyo ilə bağlı RƏSMİ açıqlama
    • 1-06-2024, 12:29
    • 443

Fənərbaxça-dan Mourinyo ilə bağlı RƏSMİ açıqlama

Fənərbaxça Futbol AŞ-dan Borsa İstanbula edilən və İctimaiyyəti Məlumatlandırma Platformasında yayımlanan açıqlamada, "Texniki direktor vəzifəsi üçün Jose Mario Dos Santos Mourinho Felix ilə danışıqlar başlayıb" deyildi.

News24.az xəbər verir ki, karyerasında “Porto”, “Çelsi”, “İnter”, “Real Madrid”, “Mançester Yunayted”, “Tottenhem”, “Roma” kimi böyük komandaları çalışdıran 61 yaşlı çalışdırıcı qazandığı uğurlarla adını futbol tarixinə yazıb.

Əsl kubok kolleksiyaçısı olan Mourinyo “İnter” və “Portu” ilə hərəyə bir dəfə UEFA Çempionlar Liqasının, “Portu” ilə UEFA Kubokunun, “Mançester Yunayted”lə UEFA Avropa Liqasının və “Roma” ilə UEFA Avropa Konfransı Liqasının qalibi olub.

Eyni zamanda, təcrübəli məşqçi “Çelsi” ilə 3 Premyer Liqa, “İnter”lə 2 İtaliya Liqası, “Real Madrid”lə 1 İspaniya Liqası, “Portu” ilə 2 Portuqaliya Liqası çempionu olub.

Qeyd edək ki, Mourinyo bir dəfə İngiltərə kubokunu, İspaniya kubokunu, İtaliya kubokunu və Portuqaliya kubokunu qazanıb. 4 dəfə İngiltərə Liqa kubokunu, iki dəfə İngiltərə Superkubokunu, İspaniya Superkubokunu, İtaliya Superkubokunu və bir dəfə Portuqaliya Superkubokunu qazanıb.

Günel Məlikzadə