Rusiya-Ukrayna müharibəsi: Cəbhə xəttindəki son vəziyyət
    • 1-06-2024, 12:46
    • 285

Rusiya-Ukrayna müharibəsi: Cəbhə xəttindəki son vəziyyət

Rusiya Ukrayna müharibəsində irəliləyişini davam etdirir.

News24.az xəbər verir ki, hər iki tərəf bəyanatlarında cəbhədəki son vəziyyətlə bağlı məlumat paylaşıb.

Dünən Moskva rəsmiləri tərəfindən verilən açıqlamada rus əsgərlərinin keçən həftə bir çox yaşayış məntəqəsini nəzarətə götürdüyü açıqlanıb.

Ukrayna isə Rusiyanın hücumlarını “uğurla” dəf etdiyini bildirib.

Rusiya Müdafiə Nazirliyi keçən həftə komanda mərkəzləri, hava hücumundan müdafiə sistemləri və yanacaq anbarları da daxil olmaqla Ukrayna hədəflərinə çoxsaylı hərtərəfli hücumlar həyata keçirdiyini açıqlayıb.

Açıqlamada, Rusiya hava hücumundan müdafiə qüvvələrinin Ukraynaya məxsus MİQ-29 və Su-27 döyüş təyyarələrini vurduğu, çoxlu idarə olunan raket, raket mərmiləri və pilotsuz uçuş aparatlarının qarşısını aldığı bildirilib.

Ukrayna Silahlı Qüvvələri də Rusiya qüvvələri ilə çoxsaylı toqquşmaların olduğunu, ən şiddətlisinin Pokrovsk vilayətində olduğunu bildirib.

Digər tərəfdən Rusiya və Urkayna ötən gün 75 hərbi əsiri bir-birinə təhvil verib. Mübadilə sazişi Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə həyata keçirilib.

Günel Məlikzadə