Pobeda qəsəbəsi rus ordusu tərəfindən tutuldu
    • 22-02-2024, 17:39
    • 167

Pobeda qəsəbəsi rus ordusu tərəfindən tutuldu

Nazirlikdən verilən açıqlamada Ukrayna-Rusiya müharibəsində Rusiya hərbi qüvvələrinin fəaliyyəti ilə bağlı məlumat verilib.

News24.az xəbər verir ki, Rusiya ordusunun Ukraynada hücumlarını davam etdirdiyi bildirilən açıqlamada “Cənub Qüvvələr Qrupunun bölmələri Donetsk istiqamətində Pobeda qəsəbəsini azad edərək cəbhə mövqelərini yaxşılaşdırıb” deyildi.

Bundan əlavə, bəyanata görə, ABŞ istehsalı olan “Patriot” Hava Hücumundan Müdafiə Sistemi vurulub, Ukrayna ordusuna məxsus 95 pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Açıqlamada, “Hərbi əməliyyatın başladığı gündən bu yana 572 təyyarə, 266 helikopter, 13 min 137 İHA, 473 hava hücumundan müdafiə raket sistemi, 15 min 171 tank və zirehli texnika, 1223 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 8 min 138 haubitsa və Ukrayna ordusuna məxsus minaatan və 18,950 xüsusi təyinatlı hərbi maşın məhv edilib” deyildi.

Günel Məlikzadə