-
- 1-06-2024, 20:44
- 256
Cəlilabadda məktəbli suda boğuldu
Cəlilabad sakini suda boğulub.
News24.az APA-ya istinadla bildirir ki, hadisə rayonun Uzuntəpə kəndində yerləşən su bəndində qeydə alınıb. Meyit sudan çıxarılıb.
Məlum olub ki, həmin şəxs rayonun Sabirabad kənd sakini, 2007-ci il təvəllüdlü Mirhəsən Aftandil oğlu Şükürovdur.
Qeyd edək ki, nənəsi ilə yaşayan yeniyetmə Uzuntəpə kənd məktəbinin 11-ci sinifdə təhsil alırdı.
Faktla bağlı araşdırma aparılır.