Ölkə tarixində ən böyük boşanma: fantastik məbləğdə pul, 1,5 milyon aliment... – FOTO
    • 1-06-2024, 21:45
    • 1 030

Ölkə tarixində ən böyük boşanma: fantastik məbləğdə pul, 1,5 milyon aliment... – FOTO

Cənubi Koreya məhkəməsi boşanma məhkəməsində iş adamı Çey Tae-vonu keçmiş həyat yoldaşı Roh So-younqa təxminən 1 milyard dollar ödəməsinə qərar verib.

News24.az Publika.az-a istinadən xəbər verir ki, bunun ölkə tarixində ən böyük boşanma məhkəməsi olduğu bildirilib.

Ölkənin ikinci ən böyük holdinqi “SK Group”-un sahibi olan Çey 1,45 milyon dollar aliment ödəyəcək. Ayrıca onun mülkünün təxminən 35 faizini keçmiş həyat yoldaşına köçürməsinə də qərar verilib.

Cütlüyün boşanma səbəbi Çeyin nikahdankənar münasibətdən övladının olmasıdır.