-
- 31-05-2024, 08:50
- 254
1 milyard dollarlıq təzminat
Cənubi Koreya məhkəməsi keçmiş prezident Roh Tae-vunun yeganə qızı Roh So-young ilə ölkənin ikinci ən böyük konqlomeratı olan SK Group-un sədri Çey Tae-von arasında boşanma işi üzrə qərarı açıqlayıb.
News24.az xəbər verir ki, məhkəmə, Chey-in əmlak bölgüsü çərçivəsində 1988-ci ildə evləndiyi və üç uşağı olan keçmiş həyat yoldaşı Roha təxminən 1,45 milyon dollar alimentdən əlavə təxminən 1 milyard dollar da ödəməli olduğuna qərar verib.
Qeyd edək ki, qərarın ölkə tarixində ən böyük boşanma davası olduğu bildirilib.
Məhkəmə, Roh-un əlaqələrinin SK Group-un böyüməsinə töhfə verdiyini vurğulayıb və sərvəti 3 milyard dollar olan Chey-in aktivlərinin təxminən 35 faizini keçmiş həyat yoldaşına köçürməsinə qərar verib.
Onu da bildirək ki, cütlük boşanma prosesinə Çey-in 2015-ci ildə nikahdankənar münasibətdən övladı olduğu məlum olduqdan sonra daxil olub.
Roh Chey-in 25 ildən çox sədrlik etdiyi SK Group-dakı səhmlərinin yarısına sahib olduğunu iddia edib.
Eyni zamanda, telekommunikasiya, kimya və enerji sektorlarında fəaliyyət göstərən və dünyanın ən böyük yarımkeçirici istehsalçılarından biri olan SK Group-un səhmləri məhkəmə qərarının açıqlanmasından sonra birjada 9 faiz dəyər qazanıb.
Günel Məlikzadə