-
- 1-06-2024, 17:59
- 285
Buna görə xəstəliklərin sayı artır – Nazir
Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artmaqdadır. İnsanlar arasında yayılan bir çox xəstəliklər istilik dalğaları, yoluxucu xəstəliklərin ötürülməsi və iqlim dəyişkənliyi ilə əlaqələndirilir.
News24.az axar.az-a istinadən bildirir ki, bunu Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyası çərçivəsində "İqlim dəyişikliyi və səhiyyə: Birgə fəaliyyət üçün qlobal baxış" adlı strateji dəyirmi masada çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bu gün bəşəriyyət iqlim dəyişikliyinin birbaşa və dolayı təsirlərini yaşayır:
"Son onilliklərdə sel, quraqlıq, tufan kimi ekstremal hava hadisələrinin tezliyi və şiddəti artıb. Bu iqlim hadisələri dolayısı ilə havanın keyfiyyətinə, suyun çirklənməsinə, torpaqdan istifadə imkanlarına təsir edir".
Nümayəndə heyətinin rəhbəri təəssüf hissi ilə qeyd edib ki, iqlim dəyişikliyinin sağlamlığa təsiri barədə səhiyyə işçilərinin məlumatlılığı qənaətbəxş səviyyədə deyil:
"Tədris proqramlarına "İqlim dəyişikliyi və səhiyyə" fənninin daxil edilməsi təklif olunur. Bundan əlavə, ÜST Akademiyası iqlim dəyişikliyi və sağlamlıq mövzusunda davamlı təhsilin təmin edilməsi üçün onlayn platformanın yaradılmasında əsas rol oynaya bilər".