Azərbaycan Kubokunun qalibi müəyyənləşir
    • 2-06-2024, 11:24
    • 171

Azərbaycan Kubokunun qalibi müəyyənləşir


Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq.

News24.az xəbər verir ki, finalda "Qarabağ" və "Zirə" komandaları üz-üzə gələcəklər.

"Liv Bona Dea Arena"dakı qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" 83 xalla Azərbaycan Premyer Liqasının qalibi olub. 58 xal toplayan "Zirə" mövsümü ikinci sırada bitirib.