Zelenski G7 sammitinə dəvət olundu
    • 2-06-2024, 11:45
    • 164

Zelenski G7 sammitinə dəvət olundu


Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 13-dən 15-dək İtaliyanın Puglia şəhərində keçiriləcək Böyük Yeddilik Qrupunun (G7) liderlərinin sammitində iştirak edəcək.

News24.az publika.az-a istinadla xəbər verir ki, bunu İtaliyanın baş naziri Giorgia Meloni deyib.

O əlavə edib ki, toplantıya ən azı 15 ölkə və beynəlxalq təşkilat da dəvət olunub.

Mayın 25-də bildirilib ki, G7 Rusiyaya qarşı iqtisadi və maliyyə sanksiyalarını gücləndirməyi gözləyir, məqsədlərdən biri də Rusiyanın enerji ixracından əldə etdiyi gəliri azaltmaq olacaq.

G7 ölkələri Rusiyaya hərbi-sənaye kompleksi üçün material, texnologiya və avadanlıq əldə etməyə kömək edən təşkilatlara və şəxslərə qarşı da sanksiyalar tətbiq edəcəklərini vəd ediblər. .