"Rusiyaya qarşı sanksiyalar kifayət deyil, daha çox addımlar atacağıq"
    • 27-09-2023, 16:17
    • 253

"Rusiyaya qarşı sanksiyalar kifayət deyil, daha çox addımlar atacağıq"

Rusiyaya qarşı sanksiyalar kifayət deyil, ona görə də Ukrayna bu ölkəyə qarşı daha çox addımlar atacaq. 

News24.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

Onun sözlərinə görə, ayrıca müzakirə zamanı ona Rusiya hərbi-sənaye kompleksindəki vəziyyət barədə məlumat verilib. “Biz aydın görürük ki, terror imkanları artmaması üçün Rusiyaya hansı təzyiq sahələri gücləndirilməlidir. Sanksiyalar kifayət deyil, daha çox olacaq”, - deyə Zelenski bildirib.

“Nə qədər ki, Rusiyanın təcavüzü davam edir, Rusiyanın itkiləri hiss olunmalıdır”, - Zelenski qeyd edib.

Akqabay