"Qarabağ” Azərbaycan Kubokunun QALİBİ OLDU!
    • 2-06-2024, 22:08
    • 209

"Qarabağ” Azərbaycan Kubokunun QALİBİ OLDU!


Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

News24.az “Report”a istinadla xəbər verir ki, həlledici final matçında “Qarabağ” və “Zirə” komandaları üz-üzə gəliblər.

“Liv Bona Dea Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi bitib – 2:1.

“Köhlən atlar”ın heyətində 42-ci dəqiqədə Olavio Juninyo, 62-ci dəqiqədə Abdullah Zubir fərqlənib. “Zirə”də İsmayıl İbrahimli 57-ci dəqiqədə adını tabloya yazdırıb.

Beləliklə, “Qarabağ” səkkizinci dəfə ölkə kubokunda qızıl medallara sahib çıxıb.

Cari mövsüm Azərbaycan Premyer Liqasının da qalibi olan komanda mövsümü “qızıl dubl”la başa vurub.