Türkiyənin voleybol komandası ilk dəfə Avropa çempionu oldu -FOTO
    • 4-09-2023, 01:19
    • 321

Türkiyənin voleybol komandası ilk dəfə Avropa çempionu oldu -FOTO

Türkiyənin qadınlardan ibarət milli voleybol komandası Avropa çempionu olub. 

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, finala məğlubiyyətsiz gələn A Milli Qadın Voleybol Komandası  2023 CEV Avropa Çempionatının finalında Serbiyanı 3-2 hesabı ilə məğlub edərək Türkiyə tarixində ilk dəfə çempion olub.

Bununla da komanda Belçikanın paytaxtı Brüsseldə oynanan tarixi matçda unudulmaz anlar yaşayıb.  

Günəş Mərd